Mektebgushesi

Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi elan edilib

  Rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlər üçün ixtisas seçimi elan edilib. Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, ixtisas seçimi bu gün saat 13:00-dan sentyabrın 11-i saat 23:59-dək aparılacaq. Qeyd edək ki, 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 581 (Azərbaycan Tibb […]

Heydər Əliyev adına liseyin məzunlarının hər biri tələbə adını qazanıb

Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin builki məzunları hər il olduğu kimi bu ildə ali məktəbə qəbul imtahanlarında yüksək nəticələr əldə edib. Liseyin direktoru Sevinc Orucovanın verdiyi məlumata görə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Heydər Əliyev adına liseyin buil 78 nəfər məzunu olub. Onlardan 77 nəfəri ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak […]

“Salam məktəb” kampaniyasına başlanılıb

  Elm və Təhsil Nazirliyi “Salam məktəb” kampaniyasına başlayıb. Nazirlikdən bildirilib ki, sosial media hesablarında məktəb, müəllim və övladlara aid foto, video, mətnləri #SalamMəktəb həştəqi ilə paylaşmaq mümkündür. Kampaniya oktyabrın 1-dək davam edəcək.

BDU-nun bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyatı davam edir

Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir. BDU-ya qəbul olan abituriyentlər sentyabrın 5-dən portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçirlər. Bu günə qədər 4343 abituriyent qeydiyyat prosesindən keçib. Məlumat üçün bildiririk ki, elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

“Ekonometrika” fənnini tədris edən müəllimlər üçün UNEC-də təlimlər keçirilir

“Ekonometrika” fənnini tədris edən müəllimlərin təcrübə mübadiləsini təmin etmək və tədrisin keyfiyyətini artırmaq məqsədilə UNEC-də təlimlər təşkil olunacaq. Təlim proqramı 42 saat olmaqla,  8-31 sentyabr tarixlərini əhatə edəcək. Təlimdə  digər universitetlərin əməkdaşları da iştirak edə bilərlər. Proqram üzrə təlimçilər: Prof.Yadulla Həsənli – UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru; Xətai Alıyev – “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiri. […]

DNSU-ya qəbul olunmuş tələbələrlə görüşü olub

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor vəzifəsini icra edən dosent Vazeh Əskərovun 2023-2024-cü tədris ilində təkrar ali təhsil üzrə ADNSU-ya qəbul olunmuş tələbələrlə görüşü olub. Bu barədə Mektebgushesi.az-a ADNSU-dan məlumat verilib. Görüşdə V.Əskərov ADNSU-da tədris prosesi, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Sonra təkrar ali təhsildə tədris planı haqqında […]

Məktəblərdə telefon qadağan edilməlidirmi ?

  Fikirlər birmənalı deyil; ekspert hesab edir ki, birfunksiyalı telefonlardan da istifadə etmək olar, eyni zamanda müəllimlərin də məsuliyyəti artırılmalıdır Neçə illərdir ki, orta məktəblərə telefon gətirilməsinin yasaqlanması müzakirə mövzusudur. Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da keçirdiyi brifinqdə deyib ki, hazırda məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur. O bildirib ki, lakin […]

Təhsil İnstitutunun əməkdaşı Dövlət Proqramının təqaüdçüsü adını qazanıb

  Təhsil İnstitutunun əməkdaşı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təqaüdçüsü adını qazanıb. İnstitutdan  bildirilib ki, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı Türkiyənin İstanbul Universitetinin doktorantura pilləsi üzrə iqtisadiyyat və idarəetmə ixtisasına qəbul olub.

Tələbə və valideynləriə müraciət: Məktəb və universitetlərin yanında da cərimələnə bilərsiniz

  Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Mektebgushesi.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, dayanma və durma qaydaları pozulmamalı, nəqliyyat vasitələri ikinci cərgədə saxlanılmamalı və bununla da şagirdlərə nümunə olunmalıdır: “Təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər […]

Bu gündən sertifikatlaşdırmanın müsahibə mərhələsinə başlanılır

  Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin […]

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

  Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir. Mektebgushesi.az UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Savadlılıq Günü “Keçid dövründə dünyada savadlılığın təşviqi: Dayanıqlı və sülhsevər cəmiyyətlər üçün təməlin qurulması” devizi altında qeyd olunur. […]

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə yeni peşə ixtisası yaradılıb

Sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda bacarıqlara və məşğulluğa çıxışın təmin edilməsi” layihəsi çərçivəsində yeni təşəbbüsə start verilib. Mektebgushesi.az  xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev dövlət – özəl sektorların əməkdaşlığı çərçivəsində atılan addımların peşə təhsilinin inkişafı üçün əhəmiyyətli olduğunu bildirib. […]

Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Sentyabrın 7-də Ağdam rayon Muğam Mərkəzində Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. İdarədən Mektebgushesi.az-a bildirilib ki, konfransda Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyinin Ümumi və məktəbəqədər təhsilin idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam rayonu icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, […]

Müəllimlər də vahid formaya keçir ?

Son illər respublikamızda şagirdlərin vahid məktəbli formasına keçidi müvəffəqiyyətlə həyata keçirilib. Hazırda gündəmdə olan məsələlərdən biri isə müəllimlərin vahid formaya keçidi ilə bağlıdır. Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə müəllimlərin xüsusi geyim forması var. Azərbaycanda da müəllimlərin vahid geyim formasına keçidi ilə bağlı tez-tez təkliflər səsləndirilir. Mektebgushesi.az  xəbər verir ki, mövzu ilə bağlı […]

Professoru qovub, yerinə mərsiyəxanı gətirdilər – İran universitetlərində nə baş verir?

  Son günlər İran KİV-ləri İslam Respublikasının ən mühüm universitetlərində müəllimlik vəzifələrinin təbliğatçılara və ekstremistlərə verildiyi ilə bağlı məlumatlar paylaşırlar. İddialara görə, hökümət universitetdən ayrılan müəllimlərin əvəzinə mollaları təhsilə gətirməyə başlayıb. Metbuat.az-a açıqlama verən Azərbaycan Mərkəz Partiyasının üzvü, Güney azərbaycanlı ekspert Elyar Kamrani bildirdi ki, İranda həmişə siyasətdə olanların fikirləri ilə müəllimlərin düşüncələri üst-üstə düşməyəndə, onları təhsil […]