Mektebgushesi

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 19 590 vətəndaş müraciəti daxil olub.  Mektebgushesi.az xəbər verir ki, müraciətlərin 12 683-ü  çağrı mərkəzləri, 660-ı  sosial media, 2 395-i “WhatsApp” vasitəsilə, 907-si elektron, 873-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 072 müraciət qeydə alınıb. Müraciətlər şagirdlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, işə qəbul, xaricdə təhsil, təhsil […]

LDU-da bayram ovqatlı Novruz şənliyi

  Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın ən gözəl, əziz milli bayramı – Novruzun gəlişi əsl bayram coşqusu, ovqatı ilə qeyd edilib. LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyi universitetin rektoru, professor Natiq İbrahimovun kollektivə ünvanlanmış təbriki ilə başlayıb.Təbriki Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov təqdim edib. Bayram şənliyində 2023/2024-cü tədris ilinin payız imtahan sessiyasının nəticələrinə […]

Məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb

  Şərur rayon Təhsil şöbəsinin rayonun Muğancıq-Mehrab kənd tam orta məktəbində apardığı yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın fəaliyyəti dövründə maliyyə pozuntusuna və vəzifə səlahiyyətlərində nöqsanlara yol verdiyi aşkarlanıb. Mektebgushesi.az xəbər verir ki, şöbənin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə S.Cəfərova Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən martın 15-də vəzifəsindən azad […]

BMU-da Novruz bayramı təntənəli şəkildə qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) “Bu yaz bir başqa yazdır” adlı Novruz şənliyi təşkil edilib. Universitetin rəhbərliyi, müəllim-tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan xalqının milli-mənəvi  dəyərlərinin zənginliyini, çoxəsrlik keçmişini özündə yaşadan Novruz bayramı münasibətilə kollektivə ən səmimi təbriklərini çatdırıb. Rektor Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ən mötəbər dövlət […]

ADPU-nun prorektoru regional konfransda “Məktəb öyrənən təşkilat kimi” mövzusunda təqdimat edib

“Müasir təhsil paradiqmasında məktəblər təkcə biliyi ötürmür, həm də öz daxili dinamikası ilə öyrənən və inkişaf edən canlı sistemlər kimi fəaliyyət göstərir.” – bu fikirləri Lənkəranda keçirilən “Təhsildə yeni çağırışlar” ilk regional konfransında “Məktəb öyrənən təşkilat kimi” mövzusunda təqdimat edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva səsləndirib. Təqdimatda məktəblərin […]

Məktəblilər bu dəfə Novruz ənənələrini müzakirə ediblər  

“Məktəblilər “Ədibin Evi”ndə” layihəsi çərçivəsində növbəti görüş Novruz ənənələri mövzusuna həsr olunub. Paytaxtdakı 214 nömrəli tam orta məktəbin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı ilə tanış olub, Novruz bayramının mərasim ənənələri və inancları ilə bağlı müzakirələr aparıblar. “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva xalqımızın mədəniyyətini, milli-mənəvi […]

Pedaqoji Universitet Laçındakı “Simurq” kitabxanasına kitablar hədiyyə edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi Laçın şəhərindəki “LaCinema” kinoteatrının nəzdində fəaliyyət göstərən “Simurq” kitabxanasına 27 Mart – Elm Günü münasibətilə kitablar hədiyyə edib. Hədiyyə olunan kitablar arasında Unu Öndər Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komanda İlham Əliyevin zəngin fəaliyyətlərinin müxtəlif aspekstlərini əks etdirən kitablar, Vətən müharibəsi şəhidləri ilə bağlı ensklopedik nəşrlər, […]

DİM adından saxta səhifə və qrup yaradılır – XƏBƏRDARLİQ

Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə DİM-dən məlumat verilib. “Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Facebook”, “Instagram”, “Telegram” “TikTok” və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) […]

Elşən Qafarov: Bağçalarda 6 minə yaxın təhsilsiz tərbiyəçi-müəllim fəaliyyət göstərir

2024-cü ildə Azərbaycan orta ümumtəhsil məktəblərində çalışan 31 min müəllim sertfikatlaşdırma prosesinə cəlb olunacaq. Gələn ildən isə həm də tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması başlanacaq. Tərbiyəçi- müəllimlərin sertifikatlaşdırılmasında onların hansı bacarıqları yoxlanılmalıdır? Mektebgushesi.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil ekserti Elşən Qafarov bildirib ki, məktəbəqədər təhsil müəssisələrində 6 minə yaxın təhsilsiz tərbiyəçi-müəllim fəaliyyət göstərir: “Tərbiyəçi […]

14 yaşlı yeniyetmə həmyaşıdını bıçaqlaıb

Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, bu gün saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb. […]

BDU-nun professoru Əsədulla Qurbanov vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzinin direktoru, professor Əsədulla Qurbanov vəfat edib. Universitetdən Mektebgushesi.az-a verilən xəbərə görə, Əsədulla Qurbanov 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olub. 1954-cü ildə Katex kənd orta məktəbini bitirib. 1961-ci ildə BDU-nun Şərqşünaslıq fakultəsinə daxil olub. O, 1976-cı ildə fəlsəfə elmləri […]

AzMİU -nun 3 tələbəsi “Dünya Gənclər Festivalı 2024” tədbirində ölkəmizi təmsil edib 

Rəqsi ilə dünyanı heyran edən gənc: “Bizi izləyən əcnəbilərə tariximizdən süzülüb gələn o dəyərləri anlatdıq” Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi Rusiyanın Soçi şəhərində keçirilən “Dünya Gənclər Festivalı 2024” tədbirində ölkəmizi təmsil edib. Genişmiqyaslı beynəlxalq tədbirə tələbələrimiz də daxil olmaqla Azərbaycandan 150 gənc qatılıb. Onlar Azərbaycana aid məlumatların digər ölkə gənclərinə çatdırılmasına öz […]

ADPU-nun Şamaxı filialının müəllimi “Heydər Əliyevin 100 illiyi yubiley medalı ilə təltif edilib  

Şamaxı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə dövlət idarəçiliyi, dövlət qulluğu və ictimai-siyasi sahədə səmərəli fəaliyyətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş rayonun bir neçə ziyalı və məsul şəxslərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Təltif edilənlər […]

ADA Universitetində 10-cu Bahar Gənclik Festivalı keçirilib

Artıq 10-cu ildir ki, ADA Universitetində Bahar Gənclik Festivalı keçirilir. ADA Universiteti Fondunun və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı çərçivəsində keçirilən bu Festival ADA Universitetinin ənənəsinə çevrilib. Builki festival da öz ənənəsinə sadiq qalaraq yerli və xarici tələbələri, professor-müəllim və işçi heyətini bir araya gətirib. ADA Universitetindən bildirilib ki, yazın gəlişinin qeyd olunduğu Festivalda bahara həsr olunan […]

AMEA prezidenti Nobel mükafatçısı ilə görüşüb

  AMEA-nın prezidenti akademik İsa Həbibbəyli banqladeşli Nobel Sülh mükafatı laureatı, professor Məhəmməd Yunusla görüşüb. Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, görüşdə İsa Həbibbəyli akademiyanın tarixi, burada fəaliyyət göstərən elmi bölmələrin işi, eləcə də AMEA-nın elmi istiqamətləri barədə ətraflı məlumat verib. Rəhbərlik etdiyi qurumun beynəlxalq elmi əlaqələrinin inkişaf etdirilməsi mərhələsində olduğunu diqqətə çatdıran AMEA […]