Mektebgushesi

ADPU-nun Şamaxı filialında 31 mart Soyqırımı Günü münasibətilə tədbir keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Şamaxı Filialı Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Departamenti və Kitab və qiraət klubunun birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş “Tariximizin göz yaşı” mövzusunda tədbir keçirildi. Tədbirdən öncə filialın rəhbərliyi və kollektivi Şamaxı rayonunda yerləşən Soyqırımı abidəsi ziyarət edərək önünə tər çiçəklər düzüblər. İlk olaraq faciə […]

BSU-da “Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları” mövzusunda seminar keçirilib

BSU-da “Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları” mövzusunda elmi seminar təşkil olunub. Martın 29-da Bakı Slavyan Universitetində (BSU) “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı universitetin Tədbirlər Planı çərçivəsində “Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları ” mövzusunda elmi seminar təşkil olunub. Seminarı giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev  Qarabağ ərazisində və […]

Londonda azərbaycanlı tələbə və məzunların şəbəkələşmə görüşü keçirilib

Londonda azərbaycanlı tələbə və məzunların şəbəkələşmə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, 9-u London, 4-ü İngiltərə, 2-si Şotlandiya, və 1-i Uelsdən olmaqla ümumilikdə 16 Britaniya universitetində təhsil alan 65 azərbaycanlı tələbə və məzunlarla yanaşı Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov da görüşdə iştirak edib. Görüş Londonda yerləşən dünyanın qabaqcıl təhsil ocaqlarından biri olan London İqtisadiyyat və Siyasi […]

ADPU-nun Şəki filialında konfrans: 31 Mart Soyqırımı: Qisas qiyamətə qalmadı

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 1918-ci ilin 31 Mart Soyqırımının 106-cı ildönümünə həsr olunmuş “31 Mart Soyqırımı: Qisas qiyamətə qalmadı” mövzusunda elmi konfrans keçirilib. Konfransda filialın rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər. Əvvəlcə, 31 Mart Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 1918-ci ilin bu qanlı hadisələri haqqında videoçarx nümayiş […]

BSU -da  31 Mart Soyqırımına həsr olunmuş tədbir keçirilib

  Martın 29-da Bakı Slavyan Universitetində (BSU) 31 Mart Soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında qısa məlumat verib. Sonra Milli Azərbaycan Tarix Muzeyinin icraçı direktoru, tarix elmləri doktoru Fərhad Cabbarov “1905-1906 və 1918-ci illər hadisələri: tarixi paralellər […]

Pedaqoji Universitetdə “Mən rəhbər olsam 4” layihəsi keçirilib

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində “Mən rəhbər olsam 4” layihəsi keçirilib. Layihə çərçivəsində fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər. ADPU-nun rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli tələbələrin uyğun vəzifələr üzrə  iş fəaliyyətlərini müşahidə […]

BDU 105 illik yubileyinə hazırlaşır

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq. Bu barədə BDU Elmi Şurasının bugünkü iclasında qərar qəbul edilib. Bu barədə Mektebgushesi.az-a BDU-dan bildirilib. Məlumata görə, iclasda bildirilib ki, 1919-ci sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tarixi qərara imza ataraq, Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edib. BDU 105 il ərzində […]

ADPU -nun Fizika fakültəsinin məzunları 50 il sonra bir araya gəldilər

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin 1974-cü il məzunları ilə görüş keçirilib. ADPU-nun Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova və Fizika fakültəsinin dekan müavini, dosent  Xankişi Məmmədov məzunları qarşılayaraq, universitetdə və fakültədə aparılan işlər haqqında ümumi məlumat veriblər. Pedaqoji Universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov da 50 ilin məzunları […]

İşə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibə keçirilir. Belə ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 – 2,99 bal nəticə toplayan və təlimə cəlb edilən namizədlər iştirak edir. […]

“KHAN ACADEMY” Hər bir şagird və hər bir sinif üçün real nəticələr” layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “KHAN ACADEMY” Hər bir şagird və hər bir sinif üçün real nəticələr” layihəsinin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində məktəbin direktoru, layihə rəhbəri Leyla Əliyeva layihə haqqında ətraflı məlumat verib, layihənin məqsədi və layihə müddətində nəzərdə tutulan fəaliyyətlərin müvəffəqiyyətlə […]

Komitə sədri: “Heç bir müəllim təqaüdə getmək istəmir”

“Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmırlar”. “Report”un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahiş edirlər ki, yaş həddi uzadılsın. “Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən şəxslər ağlaya-ağlaya gedirlər. […]

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı – VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları məlumat veriblər. Onlar bildiriblər ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib. Alimin 5 mindən artıq kitabının […]

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Martın 1-dən etibarən start götürən dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin tamamlanmasına sayılı günlər qalıb. “Yüksəliş” müsabiqəsinin İşçi Qrupundan bildirilib ki, bu müddət ərzində müsabiqəyə ötən illərlə müqayisədə rekord sayda müraciət qeydə alınıb. Belə ki, 14 min nəfərdən çox iştirakçı qeydiyyat mərhələsini uğurla tamamlayaraq mentorlardan 1 illik fərdi inkişaf planı əldə etmək, adını kadr ehtiyatı bankına […]

Bakı məktəblisi Harvard Universitetinə qəbul olub

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 2022-2023-cü tədris ilinin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olub. Mektebgushesi.az xəbər verir ki, Q. Məmmədova daha əvvəl bir sıra nüfuzlu beynəlxalq olimpiadaların qalibi olub. O, ötən il ABŞ-də Beynəlxalq Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsində Azərbaycanı təmsil edərək qızıl medal qazanıb. Təmsilçimiz Rice Universitetində təşkil […]

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Soyqırımı qurbanlarının, bütün şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edildikdən sonra mart hadisələri ilə bağlı videoçarx nümayiş olunub. BMU əməkdaşları və tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən rektor Yaqub Piriyev “Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımı […]