Mektebgushesi

“Yüksəliş” müsabiqəsi tərəfindən “Bahar mövsümü” intellektual yarışı təşkil edilib

  Martın 16-da “Yüksəliş” müsabiqəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual kviz – “Bahar mövsümü” yarışı keçirilib. Mektebgushesi.az xəbər verir ki, bu il ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 tədbirinin əhəmiyyətini vurğulamaq məqsədilə ekologiya, ətraf mühitin qorunması, təbii ehtiyatlardan istifadə ilə bağlı sualların üstünlük təşkil etdiyi intellektual yarış “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçılarının iştirakı […]

DİM dövlət qulluğu vəzifələri üzrə test imtahanları keçirir

Martın 17-də Dövlət İmtahan Mərkəzi inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir. Dövlət qulluğuna qəbul imtahanı Dövlət qulluğunda inzibati […]

Bu gün DİM 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək. Bu barədə Mektebgushesi.az-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə – 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran – 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, […]

Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turu keçirilib – FOTO

Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turu keçirilib Bu barədə Mektebgushesi.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın final turu keçirilib. Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada rayon turunun qalibləri […]

ADPU-da Novruz bayramı şənliyi keçirilib 

Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruzun gəlişinə həsr olunmuş “Yurduma ilk bahar gəlir” adlı bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. […]

“Yüksəliş” müsabiqəsinin qalibi BDU tələbələri ilə görüşüb

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Rəsulovanın BDU tələbələri ilə görüşü keçirilib. Görüşdə “Rəqabətdə fərq yaratmaq” mövzusu müzakirə edilib. Mehriban  Rəsulova tələbələrə karyera boyu iş mühitində fərqlənmək üçün tövsiyələr verib. Onlara bilik və bacarıqlarının artırılması yönündə diqqət etməli olduqları məqamları izah edib. Sonda tələbələrin müzakirə ətrafında sualları cavablandırılıb. […]

Kamal Abdulla Mərmərə Universitetinin professoru seçilib

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Türkiyənin Mərmərə Universitetinin professoru seçilib. Bu barədə qərar Mərmərə Universitetinin Senatı (Elmi Şurası) tərəfindən verilib. Eyni zamanda Kamal Abdullanın təşəbbüsü ilə bu universitetdə Dədə Qorqud Mərkəzinin açılması planlaşdırılır. Mərkəzin açılışı ilə bağlı ilkin işlərə başlanılıb. Yaxın vaxtlarda mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulub. Kamal Abdulla bildirib ki, Mərmərə Universitetinin […]

Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı bəlli olub

Xəbər verdiyimiz kimi, ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb. Mektebgushesi.az DİM-ə istinadən  xəbər verir ki, ümumilikdə 115.245 abituriyent ərizəsini təsdiqləyib. Ali təhsil müəssisələrinə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 110.354 nəfər olub. Bunun 100.259 nəfəri Azərbaycan bölməsinin, 10.095 nəfər rus bölməsinin abituriyentləridir. Tam orta (11 illik) təhsil bazasında kolleclərə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin […]

Rus dilində Respublika Olimpiadasının ikinci mərhələsi davam edir

  Azərbaycanda rus dilində 2024-cü il Respublika Olimpiadasının ikinci mərhələsi keçirilir. Mektebgushesi.az  Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu bilik yarışı ardıcıl 16-cı ildir keçirilir. Builki olimpiada Aleksandr Puşkinin anadan olmasının 225 və Mirzə Şəfi Vazehin 230 illiyinə həsr olunub. Olimpiadanın onuncu turu Xırdalan şəhərinin 11 saylı məktəbində keçirilib. Burada Masazır, […]

“Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib

  “Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, martın 15-də 132-134 nömrəli təhsil kompleksində Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib. Açılış nitqi ilə çıxış edən təhsil kompleksinin direktoru Sara Xanlarova proqram üzvlərinə uğurlar arzulayıb. Daha sonra layihə rəhbəri, ”Bir könüllü” […]

BSU-nun rektoru Türk Dil Qurumunun rəhbəri prof. Osman Merti qəbul edib

  Martın 15-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türk Dil Qurumunun rəhbəri prof. Osman Merti qəbul edib. Rektor Anar Nağıyev qonağı salamlayaraq, onu BSU-da görməkdən məmnunluğunu ifadə edib. Anar Nağıyev BSU-nun tarixi, universitetdə tədris və tədqiqatların vəziyyəti barəsində  ətraflı məlumat verib.  Rektor BSU-da  türk dilinin tədqiqinin mühüm yer tutduğunu qeyd edərək bu ali […]

ADNSU-da Novruz şənliyi keçirilib – FOTO

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Bayram şənliyində fakültələr üzrə tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub. Bayram tədbirində təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU kollektivi və tələbələri xalqımızın milli bayramı olan Novruz […]

AMEA-nın Lənkəran Elmi Mərkəzində Cəlil Məmmədquluzadəyə həsr olunmuş elmi seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Cəlil Məmmədquluzadənin 155 illiyinə həsr olunmuş elmi seminar keçirilib Martın 15-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Cəlil Məmmədquluzadənin 155  illiyinə həsr olunmuş “Cəlil Məmmədquluzadənin  yaradıcılığı          bizim milli ideologiyanın formalaşmasına, yaranmasına və onun elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir” (Heydər Əliyev) mövzusunda elmi seminar keçirilib. Tədbiri […]

UNEC-də enerji iqtisadiyyatı və yaşıl keçid üzrə gələcək perspektivlərə həsr olunan beynəlxalq seminar keçirilib

  UNEC, Qara Dəniz Davamlı İnkişaf Həlləri və Qara Dəniz Universitetlər şəbəkələrinin birgə təşkilatçılığı ilə “Enerji İqtisadiyyatı və Yaşıl Keçid üzrə Gələcək Perspektivlər və İqlim Dəyişikliyinə Uyğunlaşma” adlı beynəlxalq seminar keçirilib.  Tədbir iştirakçıları olan Türkiyə, Yunanıstan, Bolqarıstan və ukraynalı qonaqlar öncə UNEC-in infrastrukturu ilə tanış olublar. Seminarın açılışında çıxış edən elm üzrə prorektor dosent Fariz […]

Pedaqoji Universitetdə magistrantlar üçün vebinar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADU) Magistratura və doktorantura şöbəsi və şöbənin Davamlı təhsil və innovasiyalar bölməsinin birgə təşkilatçılığı ilə magistrantlar üçün “Kurikulumda yeni yanaşmalar rəqabətqa­biliyyətli kadr hazırlığının əsas faktorlarından biri kimi” mövzusunda vebinar keçirilib. İştirakçıları salamlayan şöbənin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov bildirilib ki, vebinar müxtəlif ixtisaslaşmalar üzrə təhsil alan magistrantların təhsil […]