Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Bayram şənliyində fakültələr üzrə tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub.

Bayram tədbirində təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU kollektivi və tələbələri xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb.

Novruz şənliyi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının bir birindən fərqli rəqs nömrələri, ADNSU-nun Teatr Klubunun bayram təbriki, həmçinin tanınmış müğənni və tələbələrin ifaları, eləcə də Novruz bayramının məşhur personajları – kosa ilə keçəlin təqdimatında maraqlı səhnəciklərlə davam edib.

Sonda universitetin həyətində bayram tonqalı yandırılıb.

Bənzər yazılar