Mektebgushesi

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edildi

  2024-cü ilin martın 18-də Mingəçevir Dövlət Universiteti (MDU), Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və Kayseri Universitetinin birgə təşkilatçılığı ilə Çanaqqala Zəfərinin 109-cu ildönümü və Şəhidləri Anma Gününə həsr olunan panel keçirilib. Onlayn formatda təşkil olunan paneldə təşkilatçı universitetlərin akademik-inzibati heyət üzvləri, tələbələr, magistrantlar və doktorantlar iştirak edib. Tədbirin açılışında çıxış […]

MDU-da Elm Gününə həsr olunmuş doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib

  2024-cü il martın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Elm Günü”nə həsr olunan doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib. Seminarın açılışında MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev  çıxış edərək seminarın aktuallığına diqqət çəkib. O, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladaraq […]

ADU TGT-nin sədri Ümumdünya Gənclər Festivalında iştirak edib

ADU Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev martın 1-dən 7-dək Rusiyanın Sirius federal ərazisində (Soçi yaxınlığında) baş tutan Ümumdünya Gənclər Festivalında iştirak edib. 180 ölkədən 20 minə yaxın gənc liderlərlərin iştirak etdiyi festivalda Nicat Əliyev Rusiya Federasiyasının bir sıra rəsmi şəxsləri ilə görüşüb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Sədr müavini Dmitriy Medvedev, Rusiya Federasiyası Prezidenti Administrasiyası […]

MDU və Riqa Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

  2024-cü ilin martın 4-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Latviyaya səfəri çərçivəsində Riqa Texniki Universitetinin (RTU) rektoru Tālis Juhna ilə görüşüb. Görüşdə hər iki universitetin strateji hədəfləri, mövcud kadr hazırlığı və tədqiqat potensialı barədə məlumatlar diqqətə çatdırılıb. Birgə fəaliyyətlərin mümkün istiqamətlərini müzakirə edən rektorlar əməkdaşlıqla bağlı ilkin şifahi razılıq əldə ediblər. Qeyd […]

UNEC, GDU, ADAU, MDU və ATU arasında Anlaşma Memorandumu imzalanıb

UNEC, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti tərəfindən hər il Gəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsi barədə Anlaşma Memorandumunun imzalanması məqsədilə görüş keçirilib. Onlayn keçirilən görüşdə Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar […]

ADPU-nun Quba filialında Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə ustad dərsi keçirilib

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Tələbələrin mülki müdafiə bilikləri ilə məlumatlandırılması və risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib. Filialın “Coğrafiya müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Nurlan Qəribovun moderatorluğu ilə keçirilən tədbiri giriş sözü ilə açan filialın Humanitar elmlər fakültəsinin dekanı Mürvət Əliyev bu beynəlxalq günün […]

Paytaxt məktəblərində Ümumdünya Mülki Müdafiə Günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər və “Açıq dərs”lər keçirilib. Tədbirlərdə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlər məlumatlandırılıb. Həmçinin yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlərdən bəhs olunub. Ətrafdakı radiasiyanın müəyyən olunması, […]

MDU-da “Beynəlxalq Ana dili Günü”nə həsr olunmuş elmi seminar keçirilib

  2024-cü ilin fevralın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Ana dilimiz: millətimizin varlığı və qürur mənbəyimiz” mövzusunda elmi seminar keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda universitetinin bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Humanitar fənlər kafedrasının müdiri, dosent […]

MDU-da “Məktəbəqədər təhsildə Reggio Emilia pedoqogikası” adlı təlim keçirilib

  2024-cü ilin 14 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Məktəbəqədər təhsildə Reggio Emilia pedaqogikası” adlı təlim keçirilib. İsveçin Stokholm şəhərində yerləşən “Avropada Skandinaviya Assosiasiyası”nın nümayəndələri Samirə Hüseynova və Nəzrin Mənsurzadənin təqdimatla çıxış etdiyi onlayn formatlı təlimdə MDU-nun bir qrup akademik heyət üzvləri iştirak edib. Təqdimat zamanı qonaqlar uzun […]

MDU rektoru universitetin gənc əməkdaşları ilə görüşüb – FOTOLAR

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2 Fevral – Gənclər Günü münasibətilə bu ali təhsil müəssisəsində çalışan bir qrup gənc əməkdaşla görüşüb. MDU-dan  bildirilib ki, görüş iştirakçılarını salamlayan Ş.Bayramov onların timsalında bütün gənc əməkdaşları, tələbə, magistrant və məzunları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, fəaliyyətlərində və şəxsi həyatlarında yeni-yeni uğurlar arzulayıb. Gənclərin vətənpərvər ruhda, […]

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

  Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. Əvvəlcə, universitetin rektoru Şahin Bayramov yeni təqvim ilində MDU Elmi Şurasının fəaliyyətinə uğurlar diləyib və iclasın gündəliyi barədə məlumat verib. İlk olaraq, “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” əlavə və dəyişikliklərlə yeni redaksiyada müzakirəyə çıxarılıb. Ş.Bayramov sənəd barədə ətraflı məlumat verib, nəzərdə tutulan strateji məqsədlər, […]

Türkiyənin Gəncədəki Baş konsulu MDU-nun qonağı olub

  Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Mingəçevir Dövlət Universitetində (MDU) olub. Ziyarət çərçivəsində Baş konsul universitetin rektoru Şahin Bayramovla görüşüb. Görüşdə universitetin müvafiq əməkdaşları, eləcə də MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar iştirak ediblər. Baş konsulun universitetə gəlişindən məmnunluğunu bildirən Ş.Bayramov təhsil sahəsinə verdiyi önəmə görə qonağa təşəkkür edib. MDU-nun mövcud potensialından […]

Türkiyəli beynəlxalq ekspert MDU-nun magistrantlarına ustad dərsi verib

  Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türkiyədən gələn beynəlxalq ekspert Işıl Keskin Şahan bu ali təhsil müəssisəsinin magistrantları üçün “Dönüşüme liderlik etmek” mövzusunda ustad dərsi verib. Dərs zamanı ümumi problemi görə bilmək, öhdəliklər almaq, öyrənilən bilik və bacarıqları tətbiq etmək, məqsədə çatmaq üçün hədəf və planları təyin etmək, vaxt […]

MDU-da “Sabahın alimləri”ilə görüş keçirilib – FOTO

  Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və digər müvafiq qurumların təşkilatçılıq etdiyi “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində iştirak edəcək Mingəçevir məktəbliləri ilə görüş keçirilib. Müsabiqənin ilkin mərhələsindən keçən Mingəçevirin 9 komandasının üzvləri və onların mentor müəllimləri universitetin bir qrup akademik-inzibati heyət üzvləri ilə MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin […]

MDU-da 20 Yanvar faciəsinin ildönümü münasibətilə elmi konfrans keçirilib

  2024-cü il yanvarın 19-da Mingəçevir Dövlət Universitetində Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanar: Azərbaycan tarixinin şərəf və qəhramanlıq səhifəsi” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, professor-müəllimləri, tələbə və magistrantları iştirak edib. Öncə 20 Yanvar faciəsinin qurbanları və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik […]