Mektebgushesi

MDU-da “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi” keçirilir

2024-cü ilin 13 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 13-18 may tarixlərində keçiriləcək ““Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin (“Yaşıl IT həftəsi”) açılış mərasimi olub. Tədbirdə MDU-nun professor-müəllim heyəti, İctimai Nəzarət Şurasının üzvləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun kollektivi, Mingəçevir ictimaiyyətinin nümayəndələri, məktəblilər, tələbələr və magistrantlar […]

MDU kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

2024-cü il mayın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistantı ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar olaraq dahi şəxsiyyətin Mingəçevir şəhərində ucaldılan abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, Ulu öndərin əziz xaatirəsi dərin hörmət və ehtiramla anılıb. Sonra Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edilib. Ekskursiya zamanı […]

MDU əməkdaşları Danimarka səfəri ilə bağlı təəssüratlarını bölüşüb

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) koordinatoru olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ layihəsi ilə bağlı görüş keçirilib. Səfərin əsas məqsədi  yerli və tərəfdaş universitetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud kurrikulumların təkmilləşdirilməsi və innovativ yönümlü istiqamətləndirilməsidir. Görüşdə […]

MDU-nun istedadlı tələbələri peşəkar səhnədə

  2024-cü ilin 05 may tarixində  Mingəçevir Dövlət Dram Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub. Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri və magistrantlarının səhnələşdirdiyi tamaşa Mingəçevir şəhər ictimaiyyəti tərəfindən böyük maraq və alqışla qarşılanıb. Tamaşaya quruluş verən Turqut Məsimli, Paşa Salmanov, quruluşçu  rejossor Nərgiz Rüstəmovadur. Əsərin səhnələşdirilməsində, tamaşanın […]

MDU “REFRESH” Erasmus+ proqramı çərçivəsində Danimarkada keçirilən təlim proqramında təmsil olunub

  Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu, Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) koordinatorluğu ilə hazırlanmış ve təqdim edilmiş Avropa İttifaqının maliyyələşdirdiyi Ali təhsildə potensialın gücləndirilməsi profilinə (KA2) uyğun “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması” (REFRESH) layihəsi çərçivəsində 2024-cü ilin 15-19 aprel tarixlərində Danimarka Krallığının Danimarka Texnologiya […]

MDU-nun 3 tələbəsinin layihəsi “İdeyanı Reallaşdır 2023” Qrant müsabiqəsinin qalibi olub

  Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib. Müsabiqədə MDU-nun 3 tələbəsənin layihəsi qalib olub. Qalib olan tələbələri və layihələri […]

MDU-nun əməkdaşı Finlandiyada keçirilən təlimlərdə iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir. Mektebgushesi.az xəbər verir ki, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil […]

MDU-nun əməkdaşı “DIRNA” Erasmus+ layihəsi çərçivəsində Finlandiyada keçirilən təlimlərdə iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil sistemində keyfiyyətli tədqiqat […]

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb. Bu barədə  kitabxanadan bildirilib. Virtual sərgidə Mərkəzi Elmi Kitabxananın zəngin fondları haqqında məlumat verilir, müxtəlif mövzuları əhatə edən yeni və maraqlı nümunələr təqdim olunur. Bunların sırasında “Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər […]

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

  Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur. Mektebgushesi.az xəbər verir ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında […]

MDU-nun rektoru Dubayda keçirilən 6-cı “Ali Təhsil Liderlik Forumu”nda iştirak edib

2024-cü ilin 16-18 aprel tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən 6-cı “Ali Təhsil Liderlik Forumu”nda (MENA) iştirak edib. Ş.Bayramov forum çərçivəsində “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: Dəyişən tələblərə adaptasiya” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib. Çıxış zamanı Beynəlxalq Universitetlər Assosiasiyanın missiya və prioritetləri, universitet-cəmiyyət əməkdaşlığına dair […]

MDU-da “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq Elmi Konfrans işinə başlayıb

2024-cü ilin aprelin 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) Türkiyənin İqisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə təşkil etdiyi “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Hibrid formada keçirilən konfransın açılış tədbirində Azərbaycan və Türkiyənin bir sıra ali təhsil müəssisələrinin, elmi tədqiqat institutlarının və MDU-nun bir qrup […]

MDU kollektivi Ramazan bayramı münasibətilə şəhid ailələrini ziyarət edib

  Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə bu ali təhsil müəssisəsinin Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər. Görüşlər zamanı torpaqlarımızın bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canından  keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ailə üzvləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edilib. Şəhid […]

BP MDU-ya 150 nüsxə kitab hədiyyə edib

  BP şirkəti tərəfindən Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxanasına dünyanın aparıcı ali təhsil ocaqlarında geniş istifadə edilən 5 adda 150 nüsxə kitab hədiyyə olunub. MDU-nun akademik heyətinə təqdim edilən kitablar əsasən, marketinqin prinsipləri, davamlı rəqabət üstünlüyünün idarə edilməsi, informasiya təhlükəsizliyinin idarə edilməsi, risklərin idarə olunması, rəqəmsal marketinqin əsasları, mikromühit, rəqəmsal makromühit, rəqəmsal media və marketinq […]

MDU-da Aprel döyüşlərinin 8-ci ildönümü qeyd olunub

2024-cü il aprelin 3-də Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərininildönümünə həsr olunmuş “Zəfərə gedən 4 günlük yol” adlı ədəbi-bədii tədbir keçirilib.MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) və Tələbə GənclərTəşkilatının (TGT) birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri,universitetin akademik və inzibati heyəti, tələbə və magistrantlar iştirak edib.Əvvəlcə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmişşəhidlərin […]