Mayın 2-dən 5-dək Bakıda keçiriləcək Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri Azərbaycan Coğrafiya Cəmiyyəti və Türkiyənin T.C.Ege Universitetinin Ədəbiyyat fakültəsinin coğrafiya bölümü ilə birgə təşkil olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, mayın 2-də müxtəlif mövzularda elmi məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Mayın 3-də tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında davam edəcək, “Əlaqələrin genişləndirilməsi və coğrafi yanaşmalar” mövzusunda “dəyirmi masa” təşkil olunacaq.
Sonrakı günlərdə tədbir iştirakçıları Böyük Qafqazın cənub-şərq yamacına – Şamaxı rayonuna, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına və H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Biocoğrafi stasionarına səyahət edəcəklər. Həmçinin Lənkəran Dövlət Universitetində və Azərbaycan Coğrafiya Cəmiyyətinin Lənkəran filialında təşkil olunan görüşlərdə birgə tədqiqatların aparılması imkanları müzakirəsi ediləcək. Xəzər dənizi sahillərində və Lənkəran rayonunda çöl tədqiqatları da nəzərdə tutulub.
 
https://mektebgushesi.az

Bənzər yazılar