Ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Qərb Universiteti öz kitabxanasını abituriyentlər, eləcə də bütün orta məktəb şagirdləri üçün açıq elan edib.
Universitetdən verilən məlumata görə, bu həftədən etibarən istənilən orta məktəb şagirdi universitetin kitabxanasının oxu zalından heç bir ödəniş etmədən istifadə edə, müxtəlif istiqamətləri əhatə edən ədəbiyyatlardan yararlanaraq bilik və dünyagörüşünü genişləndirə bilər. Kitabxana həftənin I-V günləri 08.30-dan 19.30-dək, şənbə günləri isə 09.00-dan 16.00-dək oxucuların ixtiyarındadır.
Məlumat üçün bildirək ki, hazırda Qərb universitetinin kitabxanası 55.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 16 000-dan çox ədəbiyyat mövcuddur. Eyni zamanda universitetdə BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılıb. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.
 
https://mektebgushesi.az/

Bənzər yazılar