30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür…
Azərbaycan Dövlət Neft Akademiyası 30 aprel 2009-cu il tarixində adi günlərdən birini yaşamalı idi. Elə akademiyanın rektoru Siyavuş Qarayev də həmin gün öz ad gününü qeyd etməyə hazırlaşırdı. Amma 30 aprel günü akademiyanın 2-ci tədris binasında cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər güllələndi. Adi qatıq satandan tutmuş elmin yüksək dərəcəsinə çatmış professora qədər… Ağıllarına belə gətirməzdilər ki, onların alın yazıları məhz bu yerdə qanla yazılıb, məhz bu gün onların adı ilə anılacaq.
Məlum oldu ki, qanlı hadisə nəticəsində

  1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
  2. Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
  3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü
  4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978

Tələbələr

  1. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
  2. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
  3. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
  4. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
  5. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü
  6. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
  7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Akademiyaya süd məhsulları gətirən

  1. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü

Öldürülüb…
 
https://mektebgushesi.az

Bənzər yazılar