məktəbgushesi.az sayti  respubilikada fəaliyyət göstərən universitetlər arasında “ hansı universitetlərdə  islahatlarin getdiyini düşünürsünüz” adlı sorğu keçirib.  Sorğu ümümilikdə 31 universiteti əhatə edib. Sorğuda  2684 nəfər iştirak edib .
Universitetlərdə gedən islahatlarla baglı ilk məlumat universitetin  müəllim kollektivi və tələbələrində olur. Sorğuda iştirak edənlərin  də əksəriyyəti həmin universitetlərdə çalışan müəllimlər  və tələbələrdir. Sorğudakı nəticələrdən aydin görünür ki, təhsil üzrə ekspertlərin də proqnozları ozünü dogrultmadı. Nəticələrin təhlili zamanı  maraqli  mənzərə ilə rastlaşdıq. İlk beşlikdə  yer alan universitetlərdən üçü bolgə universitetləridir.  Bu gun islahatçı universitetlər sırasında adı çəkilən tanınmış ali məktəblərin sıralamadakı yeri  urəkaçan səviyyədə deyil. Belə qənaət hasil olur ki ,  aparilan islahatlar ya müəllim və tələbələri qane etmir, ya da ictimaiyyətlə əlaqələr düzgün qurulmayib. Ekspert qrupunun rəyinə görə nəticələr universitetlərdəki müəllimlərin və tələbələrin sayına uygun olaraq müəyyənləşəcək.
Ekspert qrupuna tanınmış ekspertlər Nadir İsrafilov, Şahlar Əsgərov, Limunət Əmrahlı və Kamran Əsədov daxildir.
Sorğunun ilkin nəticələrini bir necə mərhələyə bölməklə diqqətinizə təqdim edirik . İlk beşlikdə olan universitetlər:
I yer  – Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) – 1107 səs
II yer- Lənkaran Dövlət Universiteti   (LDU) – 462 səs
III yer –  Qərb Universiteti – 290 səs
IV yer –   Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)-  227 səs
V yer – Gəncə Dövlət Universiteti -114 səs
İkinci beşlikdə BDU və ADNSU qərarlaşır ki, tanınmış universitetlərin belə mövqeyi təəssüf dogurur.  Ardıcıllıq  belədir:
VI  yer – ADU -86 səs
VII yer –  MinDU – 64 səs
VIII yer –  BDU – 57 səs
IX  yer -Texnalogiya Universiteti – 50 səs
X yer – ADNSU – 46 səs
Ücüncü beşlikdə yer alan universitetlər səs göstəricisi 15- 35  arasında dəyişir.
XI yer – ADBTİA – 35 səs
XII yer –  UNEC (İqtisad Universiteti) -30 səs
XIII yer  – Muhəndislik Universiteti – 26 səs
XIV yer  – Xəzər Universiteti  – 17 səs
XV  yer  – AzTU – 15 səs
Sonraki yerlərdə mənzərə aşagıdakı kimidir:
ADMİU-13 səs ,  BSU-7 səs  ,  AzMİu -7 səs, BBU-7 səs, Azərbaycan Universiteti -5 səs, BANM-5 səs, Odlar Yurdu-3 səs, ATMU-3 səs , DİA-2 səs , NDU-2 səs, BMA-1 səs, ATU – 1 səs, SDU-1 səs, NU-1 səs,  AMK- 0 , AKU – 0
Sorgu 31 universitet arasında  martin 25 dən aprelin 30 kimi davam etmişdir.
Qeyd: məktəbgushesi.az  olaraq vaxtaşırı digər mövzularla da baglı  sorgular təşkil edəcəyik.

Bənzər yazılar