Aprelin 29-da ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatı başa çatıb.
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, final oyununda Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları qarşılaşıb.
 
Gərgin mübarizə şəraitində keçən oyun 2:1 hesabı ilə BDU-nin komandasının xeyrinə başa çatıb. ADBTİA-nın komandası ikinci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası isə üçüncü yeri qazanıb.
 
Daha sonra komandalar  kubok, medal  və qiymətli hədiyyələrlə təltif olunublar. Həmçinin, çempionatda fərqlənən iştirakçılar 5 nominasiya üzrə qiymətləndirilib.
 
Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən,  ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilib.
 
FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.
 
https://mektebgushesi.az

Bənzər yazılar