Mayın 5-də paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, 187 nömrəli tam orta məktəbdə (Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, 9) təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlanacaq.
Tədbirdə müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
 
https://mektebgushesi.az

Bənzər yazılar