Azərbaycan Dövlət Aqrar Universitetinin Aqranomluq fakültəsində torpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat  laboratoriyası fəaliyyətə başlayıb.
        ADAU-nun mətbuat xidmətinin xəbərində deyilib ki, dövlətin aqrar sahəyə göstərdiyi  qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya  laboratoriyaları  açılıb. Bu laboratoriyalardan biri də ADAU-nun aqronomluq fakültəsinin  torpaqşünaslıq və aqrokimya kafedrasında qurulub. Həmin  laboratoriyada digər  kafedraların əməkdaşları da öz elmi–tədqiqat işləri üçün torpaq və bitki analizləri apara biləcək .  Yeni açılan laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementləri  təyin  etmək  mümkündür.  Bundan əlavə torpağın aqrokimyəvi,  bioloji,  su-fiziki, hava və istilik xassələrini də təyin etməyə imkan var . 
       Laboratoriyanın ən üstün cəhətlərindən biri də odur ki, burada torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri, aşkar etmək mümkündür.  
        Hazırda  Universitetin 2 tələbəsi və  bir  laborantı  Bakı  şəhərində  bu  laboratoriyanın iş prinsipini öyrənib və laboratoriya işə başlayıb.
       Laboratoriya həmçinin Respublikamızın  bölgələrində  fəaliyyət göstərən  fermerlərə xidmət edəcək.
 Quraşdırılmış təsvir 2Quraşdırılmış təsvir 1Quraşdırılmış təsvir 4

Bənzər yazılar