Böyük Britaniyanın məşhur özəl məktəblərindən biri olan “Highgate School”-un administrasiyası   gender mənsubluğuna görə çətinliklər yaşayan oğlanlara yubka geyinməyə icazə verə bilər.
mektebgushesi.azın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Sunday Times xəbər verir.
Qəzetin məlumatına görə, şagirdlər tərəfindən yaradılan qruplar gender cəhətdən neytral məktəb formasının və əvəzliyinin tətbiq edilməsini tələb edirlər.
“Əgər onlar (oğlanlar – red.) xoşbəxt olsalar və özlərini cinsəl mənsubluq cəhətdən daha təhlükəsiz hiss etsələr, bu, yaxşı ideya olar”, – deyə məktəbin direktoru Adam Petitt bildirib.
Highgate School administrasiyası yekun qərar vermək üçün şagirdlər və onların valideynlərini arasında sorğu keçirəcək.
 

Bənzər yazılar