Azərbaycandakı ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalanıb.
Belə ki, təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələr keçiriləcək.
Əmrdə bildirilib ki, 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilməli, siyahıda adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilməlidir.
Eyni zamanda, iyunun 5-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılması və təhlili təmin edilməlidir.
Əmrdə qeyd olunub ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla mayın 25-dən iyunun 15-dək, nazirliyin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə isə iyulun 1-dən 14-dək elektron ərizələrin qəbulu təşkil ediləcək.
http://mektebgushesi

Bənzər yazılar