Azərbaycan və Rumıniya 23-24 may tarixlərində Bakıda keçiriləcək Universitetlərarası forum çərçivəsində təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək.
Bu barədə Trend-ə Rumıniyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Görüşdə hər iki ölkənin universitetlərinin nümayəndələri iştirak edəcək. Tərəflər ölkələrdəki təhsilin səviyyəsi, tələbə mübadiləsinini artırılması kimi məsələlər barədə fikir mübadiləsi aparacaq.
Görüş Rumıniya və Azərbayan təhsil nazirliklərinin dəstəyi ilə təşkil olunacaq.
 
https://mektebgushesi.az

Bənzər yazılar