Mayın 19-da paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, 138 nömrəli məktəbdə təşkil edilən səyyar qəbulda paytaxtın Xətai və Suraxanı rayonlarının müəllim və valideynlərinin müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, birinci sinfə qəbul prosesi, tədris proqramları və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Vətəndaşların bütün müraciətləri qeydiyyata alınıb. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
 
https://mektebgushesi.az

Bənzər yazılar