Frankofoniya Universitet Agentliyinin assosiativ üzvü olan Azərbaycan Dillər Universiteti bu günlərdə Mərakeş şəhərində keçirilən Frankofoniya Universitet Agentliyinin (FUA) XVII Baş Assambleyasında təmsil olunub.
 
mektebgushesi.az Modern.az-a istinadən  xəbər verir ki, assambleyada FUA-nın yeni strategiyasının müəyyənləşdirilməsi, fransız dili üzrə ixtisas alan tələbələrin professional həyata hazırlanması, FUA-ya üzv olan universitetlərin daha da sıx əlaqəsini təmin etmək məqsədi ilə koordinasiya işlərinin daha da mükəmməl təşkili, o cümlədən FUA-nın yeni prezidentinin – Sorin Mihai Cîmpeanunun seçilməsi müzakirə olunub.
 
Assambleyada Fransa, Belçika, İsveçrə, Kanada, Rumıniya, Meksika, Mərakeş, Tunis və Afrika qitəsində yerləşən bir çox ölkələrin universitetlərinin nümayəndələri iştirak ediblər. Universitetimizi ADU-nun Frankofoniya Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Gülnarə Sadıxova təmsil edib.
 
Qeyd edək ki, 106 ölkənin 817 universitet və elmi tədqiqat institutları ilə əməkdaşlıq edən FUA-nın dünyada 18 regional ofis və nümayəndəliyi var. Təşkilat yarandığı gündən fransız dilində elm və tədqiqat sahələri üzrə araşdırmalar aparan tələbə və müəllimləri dəstəkləyən əməkdaşlıq, mobillik proqramıdır.
 
https://mektebgushesi.az

Bənzər yazılar