Azərbaycan təhsil sisteminə etiraz -Valideynlər ayağa qalxdı

A24.Az xəbər verir ki, valideynlər dərs müddətinin 1 sentyabr-25 may arasında keçirilməsini tələb edən petisiya hazırlayıblar.
Petisiyada qeyd edilir ki, əvvəllər dərslər 1 sentyabrda başlayırdı. Sonradan bunu hansısa səbəblərdən 15 sentyabr tarixinə keçirdilər. İndi isə dərs müddətini iyunun 15-dək uzadırlar. Dərsləri çatdırmaq olmur. Yayın istisində uşaqlar dərsdə necə oturacaq? Bunu fikirləşən yoxdur. Xahiş edirik dərslər əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilsin.
Petisiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.
https://mektebgushesi.az

Bənzər yazılar