Sentyabrın 29-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda ATMU-nun rektoru İlham Mədətov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib.
“Bakı Prosesi”nin və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının akademik məsləhətçisi, Böyük Britaniyanın Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru, professor Mark Hardinin həyat və fəaliyyəti, səmərəli xidmətlərindən danışan rektor onun ATMU-nun fəxri doktor adına layiq görüldüyünü bildirib.
Sonra fəxri doktor diplomu M.Hardiyə təqdim olunub.
Professor M.Hardi ATMU-nun tələbələrinə “Mədəniyyətlərarası dialoq diplomatiyası” mövzusunda mühazirə oxuyub.

Mektebgushesi.az

Bənzər yazılar