Məktəbgushesi.az internet portalı təhsil spektrini əhatə edən ənənəvi virtiual sorğularını davam etdirir. “Təhsilin və idarəetmənin keyfiyyətinə görə hansı universiteti seçərdiniz?” nominasiyalı növbəti sorğu avqust-sentyabr aylarında reallaşdırılıb.
Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsini hədəfləyən və iki ay davam edən sorğu respublikamızda fəaliyyət göstərən 31 universitet arasında keçirilib. Ümumilikdə sorğuda 17.948 respondent iştirak edib .
Budəfəki sorgu universitetlərə tələbə qəbulu dövrünə təsadüf etdiyindən valideynlərlə bərabər, abuturiyentlərin də diqqətini cəkib. Məhz belə qaynar dövrdə keçirildiyindən ötən sorğudan fərqli olaraq, istirakçı sayı da çoxluq təşkil edib. İştirak edənlərin çoxu respubilikada tanınan 5 aparıcı universitet arasında qiymətləndirmə aparıblar. Bunlar ilk beşlikdə yer alan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) , Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) -dur.
Sorğunun ilkin nəticələrini bir necə mərhələyə bölməklə diqqətinizə təqdim edirik. İlk beşlikdə yer alan universitetlər:
I yer – Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) – 4288 səs
II yer – Bakı Dövlət Universiteti (BDU) – 4215 səs
III yer – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – 2291 səs
IV yer – Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU)- 2235 səs
V yer – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) -2133 səs
İkinci beşlikdə qərarlaşan ali məktəblərin nəticələri ilk beşlikdə olanlardan kəskin fərqlənir. Ardıcıllıq belədir:
VI yer – Lənkəran Dövlət Universiteti (LDU) – 570 səs
VII yer – Azərbaycan Dillər Universiteti (ADU) – 414 səs
VIII yer – Bakı Ali Neft Məktəbi (ADNA) – 265 səs
IX yer – Xəzər Universiteti (XU) – 198 səs
X yer – Bakı Slavyan Universiteti (BSU) – 197 səs
Ücüncü beşlikdə yer alan universitetlərin səs göstəricisi 196-115 səs arasında dəyişir:
XI yer – Qərb Universiteti (QU) – 196 səs
XII yer – Azərbaycan Muhəndislik universiteti (AMU) -194 səs
XIII yer – Azərbaycan Tibb Universiteti (ATU) – 127 səs
XIV yer – Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) -115 səs
XV yer – Gəncə Dövlət Universiteti (GDU) – 115 səs
Sonraki yerlərdə mənzərə 73-1 səs aralıgında dəyişib. Növbələşmə aşagıdakı şəkildədir:
ADMİU -73, SDU – 67, AzTU – 47, DİA – 44, ADBTİA – 28, AKU – 27, ATMU-21, Azərbaycan Universiteti – 21, Odlar Yurdu -19, NDU -17, MinDU -11, Texnologiya Universiteti -10, BBU – 4, BMA – 2 səslə sorğuda yer alıblar. NU və AMK isə hərəsinə yalnız 1səs ala biliblər.
Bir daha qeyd edirik ki, sorgu 31 universitet arasında avqustun 1- dən sentiyabrın 30-na kimi davam etmişdir.
Qeyd: məktəbgushesi.az internet portalı vaxtaşırı yalnız təhsil sistemini əhatə edəcək digər mövzularda da sorgular təşkil etməyi planlaşdırır.

Bənzər yazılar