İnfoaz.org saytının əməkdaşı naməlum şəxslər tərəfindən döyülüb. Bu barədə jurnalistin özü media nümayəndələri ilə görüşündə bildirib.

Jurnalist Rafiq Mərdanov keçirdiyi mətbuat konfransında məlumat verdi ki, mənim çalışdığım infoaz.org informasiya agentliyi 17 avqust 2017-ci ildən hakimiyyət tərəfindən bloklanıb. İşlədiyim agentliyin rəhbəri Namiq Cəfərliyə qarşı cinayət işi qaldırılıb. Ona görə də, mən məcburiyyət qarşısında qalıb sosial şəbəkələr üzərindən mövqeyimi bildirmişəm.

Mənə olan təzyiqlər ancaq tutduğum mövqeyə görə olub. Belə ki, məni gah sabiq prezident Ayaz Mütəllibova işləməkdə, gah ölkədə gedən dırnaqarası islahatlara qarşı çıxmaqda, gah təhsil müəssələrindəki qanunsuzluqları qəsdən işiqlandırmaqda, gah da gəncləri hakimiyyətin əleyhinə qaldırmaqda ittiham ediblər.

Noyabr ayının əvvəllərində məni izahat almaq üçün Respublika Prokrorluğuna çağırdılar. İzahat aldıqdan sonra mənə xəbərdarlıq edib evə buraxdılar. Noyabr ayının 25 -də gecə saat 23 radələrində yaşadığım Abşeron rayon Masazır qəsəbəsi, Afiq Abdullayev küçəsi ev 8 ünvanından özünü təqdim etməyən bir neçə maskalı şəxs tərəfindən zorla evdən çıxarılıb tanımadığım ünvana aparıldım. Həmin ünvanda 8 gün işgəncələrə məruz qaldım. Dekabrın 4-ü axşam saat 22-23 radələrində huşsuz vəziyyətdə məni evimə buraxıb getdilər. Demək olar ki, artıq ailəm də hər gün təqibə məruz qalır. Mən xarici səfirliklərə, dünya jurnalistlərinə müraciət edirəm ki, mənə qarşı olan bu haqsızlığa səssiz qalmasınlar.

Nəzirməmməd Zöhrablı

Bənzər yazılar