Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsinin qeydiyyat mərhələsi 2019-cu il 1 fevral tarixində başlayacaq.

Mektebgushesi.az xəbər verir ki, 2018-2019-cu tədris ilində ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə qeydiyyat prosedurası 1-11 fevral tarixlərini əhatə edəcək.

Qeyd edək ki, imtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”ləriniyaratmalıdırlar. Qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün ödənişin məbləği 60 AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının payment.dim.gov.az səhifəsində verilib). 

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini klikləmək lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi kliklənir. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.

Bənzər yazılar