Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli əmrinin icrası ilə əlaqədar Lənkəran Dövlət Universiteti (LDU) ilə Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair işlər davam etdirilir.

Layihə çərçivəsində LDU və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Astarada “Təbiəti keşikçi yox, sevgi qoruyacaq” adlı “biologiya gecəsi” keçirilib.

Tədbiri Astara Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov açıb və ali təhsil müəssisələri ilə orta məktəblər arasında əlaqələrin yaradılmasını ölkə təhsilində yenilik adlandırıb , bu addımın hər iki tərəfə , umumiyyətlə isə , elmimiz üçün səmərəli olacağını deyib.

Biologiya gecəsində Astara şəhər 1, 2, 3, 6, Ərçivan qəsəbə 4 saylı, Təngərüd və Səncərədi kənd tam orta məktəblərinin şagirdləri təbiətin qorunması və təbii nemətlərdən səmərəli istifadə, insan sağlamlığı, ölkənin zəngin təbii sərvətləri, ətraf mühtinin çirklənmə səbəbləri, qlobal problemlər və s. mövzülarda biliklərini nümayiş etdiriblər.

Tədbirdə LDU-nun Sosial məsələlər üzrə prorektoru dos.Kamran Kazımov, Biologiya və tibbi biliklər kafedrasının dosenti Məmmədhüseyn Hüseynov, Kimya və fizika kafedrasının dosenti Gülbəniz Qədirova, Biologiya laboratoriyasının müdiri Murad Şahverdiyev , Astara, Lənkəran, Yardımlı və Lerik rayonlarının təhsil şöbələrinin nümayəndələri , Astara Şəhər İcra Hakimiyyəti başçısının İctiami-siyasi və hümanitar şöbəsinin baş məsləhətçisi Tural Eyvazov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə və başqaları iştirak ediblər.

LDU-nun sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov təbirin sonunda çıxış edərk şagirdlərə maraqlı gecəyə, fəal iştiraklarına görə təşəkkür edib. Orta məktəblərlə əlaqələrin bundan sonra da davamlı olacağını, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimoivun göstərişi ilə LDU-nun laboratoriya və fənn kabinələrinin yaz tətili günlərində yenidən məktəblilərin ixtiyarına veriləcəyini bildirib

Bənzər yazılar