Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 1913 nəfər ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a verilən məlumata görə, sənəd qəbulunun dünən başlamasına baxmayaraq, ərizəsini təsdiq edənlərin sayı durmadan artır.

Kolleclərdə təhsil almaq üçün Azərbaycan bölməsi üzrə 1774, rus bölməsi üzrə isə 139 nəfər ərizəsini təsdiqləyib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Bənzər yazılar