Martın 16-da Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin təşkil etdiyi “Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı”nın final və bağlanış tədbiri keçirilib.

 Mektebgushesi.az xəbər verir ki, tədbirdə intellektual yarış barədə məlumat verilib. Bildirilib ki, final oyununda yarımfinal mərhələsində ən yüksək nəticə göstərən 10 komanda iştirak edib.

Ümumilikdə layihə üzrə 1 promo oyun, 8 oyun, 1 yarımfinal və 1 final mərhələsi keçirilib.

Məktəblilərin motivasiyasını təmin etmək məqsədilə hər oyunda ilk 3 yeri tutan komanda müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Tədbirdə yarışın qaliblərinə xüsusi hədiyyələr və sertifikatlar təqdim olunub.

Bənzər yazılar