Yayılan məlumata görə, “Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları” adlı layihə hazırlanıb. Nazirlik rəsmisi qaydaların hökumətə təqdim edildiyini də söyləyib: “Qaydalar təsdiq ediləcəyi təqdirdə, pedaqoji təhsili olmayan şəxslərin də ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb olunması məsələsinə müsbət yanaşılacaq. Amma qeyd edim ki, hələ təsdiq olunmayan bu qaydalar hazırda yalnız layihə formasındadır”.

Bəlkə, “Qaydalar”ı hökumətə təqdim etməzdən əvvəl, bu layihənin mahiyyətinin nədən ibarət olduğu və nə məqsədlə hazırlanması barədə ümumi təsəvvür yaranması üçün ictimaiyyətə müəyyən ipucu verilməli idi ki, “Qaydalar” təsdiq edildikdən sonra əlavə söz-söhbət yaranmasın… Biz bu kimi halların az şahidi olmamışıq ki …

Bir “ipucu” isə ondan ibarət ola bilər ki, bu qaydalar “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən hazırlanıb.

Maddə 21. Pedaqoji fəaliyyətlə məşğul olma Ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar məşğul olurlar.

Müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Bənzər yazılar