Bu gün Kəlbəcərin işğalından 26 il ötür. Çox təəssüf  ki, düşmən tərəfindən işğal edilən Kəlbəcərdə şagirdlərə elm işığı verən məktəblər də yerlə-yeksan edildi. Bu gün Kəlbəcər rayonuna aid məktəblər ölkənin müxtəlif yerlərində məskunlaşıb. Bir sözlə, Kəlbəcərin təhsili də didərgin salınıb.

Mektebgushesi.az xəbər verir ki, AzEdu.az sabiq millət vəkili, təhsil eksperti  Şahlar Əsgərovun doğma yurdunu ölkənin müxtəlif yerlərinə səpələnən məktəbləri barəsində danışıb:

“Kəlbəcərin çox yüksək təhsil verən məktəbləri olub.Mən də, orta təhsilimi orada başa  vurmuşam.O zaman müəllim-tələbə münasibətləri çox güclü idi.Müəllimlərim Kəlbəcər cəmiyyətinin tanınmış və ziyalı simalarıydılar. Buna görə də, həmin məktəbin şagirdləri ali məktəbə yüksək nəticələrlə daxil oldular.Tək mənim oxuduğum deyil, Kəlbəcərin bütün məktəblərində təhsil səviyyəsi yüksək idi.

İndi fəaliyyət Kəlbəcər məktəblərinin çoxu yaxşıdır.Lakin, məktəbdən kənarda qalan şagirdlərdə, çoxdur.

Dövlətin qayğısı bu sahədə ürəkaçandır.Amma, torpaqlarımız işğaldan azad olsa, o zaman bütün Kəlbəcərlilər üçün rahat olar.Bu zaman orda yeni təhsil müəssisələri qurular və mövcud təhsil inkişaf edər”.

Mektebgushesi.az

Bənzər yazılar