Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında 20-dən çox uşaq zəhərlənib.

Mektebgushesi.az  “Report”a istinadən məlumat verir ki, onlardan 13-ü intoksikasiya diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.

Zəhərlənmənin səbəbi hələ məlum deyil. Uşaqların içməli sudan zəhərləndiyi ehtimal olunur.

Bağça müvəqqəti olaraq bağlanıb. Gürcüstanın Milli Qida Agentliyinin əməkdaşları müəssisədə araşdırma aparırlar. 

Bənzər yazılar