Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Yekun Attestasiya Komissiyasının növbəti iclası və bakalavriat pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.

Müdafiə prosesində iştirak edən rektor Elçin Babayev tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib, mövzuları ilə bağlı tövsiyələr verib.

Qeyd edək ki, Filologiya fakültəsinin Səməd Vurğun adına auditoriyasında təşkil olunmuş müdafiədə Yekun Dövlət Attestasiya Komissiyasının üzvləri, fakültənin professor-müəllim heyətinin bir qismi və tələbələr iştirak ediblər.

mektebgushesi.az

Bənzər yazılar