Rusiyanın Sankt-Peterburq şəhərində “European Conference on Neutron Scattering (ECNS 2019)” adlı beynəlxalq konfrans keçirilir. Bu mötəbər tədbirdə ölkəmizi AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Famin Salmanov təmsil edir.

AMEA-dan Mektebgushesi.az -a bildirilib ki, konfransa 42 ölkədən 800 iştirakçı qatılıb. İyulun 5-dək davam edəcək konfransın plenar və bölmə iclaslarında ümumilikdə 560 tezis materialın müzakirəsi təşkil olunacaq. Famil Salmanov bölmə iclasında elmi məruzə ilə çıxış edəcək və müzakirələrə qoşulacaq.

Qeyd edək ki, konfrans hər dörd ildə bir dəfə keçirilir.

Bənzər yazılar