Ölkəmizdə səfərdə olan Çin Sosial Elmlər Akademiyasının (SEA) Sosial Siyasət və Hüquqi Araşdırmalar akademik bölməsinin direktoru Li Peilin, SEA-nın Sosiologiya İnstitutunun direktoru Cen Xuanji, həmin müəssisənin əməkdaşı Tian Fenqin və Şanxay Akademiyasının vitse-prezidenti Kebin Zhao AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə ilə görüşüblər. Çinli alimlər Fəlsəfə İnstitutunun fəaliyyəti və tarixi ilə maraqlanıblar.

Fəlsəfə İnstitutundan mektebgushesi.az-a bildirilib ki, İlham Məmmədzadə qonaqlara rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələrindən və bu fəaliyyətin nəticəsi olaraq keçirilən konfranslardan danışıb.

Qonaqlar görüşə görə institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Çinli alimlərin hər biri təmsil etdiyi elmi müəssisənin fəaliyyəti və tədqiqat sahələri haqqında geniş məlumat verib.

Bənzər yazılar