İyulun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı Milli Mətbuat gümü münasibətilə jurnalistləri təbrik edərək, media nümayəndələrini universitetdə görməkdən məmnun olduğunu bildirib.

Mektebgushesi.az xəbər verir ki, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinə ADNSU-da görülən işlərdən, elm və təhsildə həyata keçirilən islahatlardan, həmçinin qazanılan nailiyyətlərdən və gerçəkləşdirilən layihələrdən söz açan rektor, professor M.Babanlı görülən bütün bu işlərin cəmiyyətə çatdırılmasında medianın böyük rolu olduğunu qeyd edib. ADNSU-da yaradılan şəffaf tədris mühiti barədə danışan rektor bu istiqamətdə aparılan işlərdə medianın hər zaman universitetə dəstək olduğunu vurğulayıb.  

Tədbirdə iştirak edən media nümayəndələri də öz növbəsində rektor M.Babanlıya Milli Mətbuat günü münasibətilə təşkil olunmuş görüşə görə təşəkkürlərini bildiriblər. Onlar ADNSU-da görülən işlər və aparılan islahatların universitetin keçmiş nüfuzunu bərpa etdiyini  və cəmiyyətdə olduqca müsbət imicinin formalaşdırıldığını qeyd ediblər. Media nümayəndələri ADNSU-nun fəaliyyətinin cəmiyyətə çatdırılmasında hər zaman yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıb və universitetlə media arasındakı əlaqələrin əhəmiyyətindən danışıblar.

Bənzər yazılar