Dini elmi əsaslarla təbliğ etmək, cəhalətə, xurafata qarşı mübarizə aparmaq üçün ali savadlı olmaq uşaqlıq arzum idi. Məktəbdə əlaçı olmağıma baxmayaraq, imkansızlıqdan ali təhsil ala bilmədim. Erkən yaşda atamı və qardaşımı itirdim. Sonra ailə qayğıları, övladlarımın tərbiyəsi ilə məşğul olmaq məni oxumaqdan məhrum etdi. Lakin heç zaman fikrimdən daşınmadım. Arzum dini təhsil almaq idi.

Azərbaycan İlahiyyat İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, bunu qəbul imtahanlarında iştirak edərək 320 bal toplayan və bu ali məktəbin tələbəsi adını qazanan Günel Aslanova söyləyib.

O deyib: “ On yaşımdan ərəb və fars dillərini öyrənməyə başlamışam. Elə həmin dövrdən “Qurani Kərim”i oxuyurdum. Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutu yaradılanda bu ali məktəbə qəbul olmağı qərara aldım. Arzulayırdım ki, ali dini təhsil alım və dini elmi əsaslarla gənc nəslə öyrədim. Qoy insanlar İslam dini deyəndə onu mollalıq, cəhalət kimi başa düşməsin, onun mütərəqqi cəhətlərini dərk etsinlər. Məqsədim İslamı və digər dinləri daha mükəmməl öyrənmək və insanlara doğru şəkildə çatdırmaqdır. Təhsilimi magistratura və doktorantura səviyyələrində də davam etdirmək istəyirəm” .

Bənzər yazılar