Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Doktorluq dissertasiyası yazmaq üçün metodik göstərişlər” adlı metodik vəsait nəşr olunub.

UNEC-dən mektebgushesi.az-a bildirilib ki, Azərbaycan və ingilis dilində nəşr olunan metodik vəsaitin həmmüəllifləri Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov və Beynəlxalq əməkdaşlıq departamentinin xarici əlaqələr şöbəsinin əməkdaşı, gənc tədqiqatçı Nərgiz Hacıyevadır.

Metodik vəsait iqtisadiyyat əsaslı ixtisaslarda təhsil alan doktorant, dissertant, gənc müəllim və tədqiqatçılara fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertasiya işinə metodik dəstək verməklə yanaşı, metodoloji axtarış problemini asanlaşdırır. Metodik vəsaitin hazırlanmasında məqsəd elmi araşdırmalarda istifadə oluna bilən metodologiya və iqtisadi tədqiqat metodları haqqında nəzəri biliklərin artırılması və onun emprik təhlili əsasında praktikaya tətbiqi imkanlarının genişləndirilməsindən ibarətdir.

Bənzər yazılar