Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə UNEC Biznes Məktəbinin MBA Proqramının menecment ixtisasında təhsil alan magistrantlar üçün ustad dərsi təşkil edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin direktoru Camal Ağayev mövzu üzrə təcrübələrini paylaşıb. C.Ağayev innovasiya və kreativlik arasında əlaqə, innovativ düşüncənin şirkətlərin rəqabət imkanlarına təsiri, innovasiya sahəsində dünya ölkələrinin təcrübələrindən bəhs edib. İnnovativ düşüncənin formalaşdırılması üçün lazımi mühit amilləri, tətbiq edilən metodlar barədə məlumat verilib.

Bənzər yazılar