Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin Karabük universitetinin professorları ilə tələbələrin görüşü keçirilib.

Mektebgushesi.az xəbər verir ki, görüşdə Karabük universitetinin Polaq Çuqun Tədqiqat İnstitutunun direktoru, professor dr. Yavuz Sun Neft –mexanika fakültəsinin (NMF) tələbələrinə təmsil etdiyi universitetdə görülən işlər, tədirs olunan ixtisaslar, maddi-texniki bazası və həmçinin laboratoriyaları haqqında geniş təqdimatla çıxış edib.

Daha sonra qonaqlar Karabük Universitetinin Texnologiya fakültəsi, Metallurgiya və Materialşünaslıq kafedralarında görülən işlərlə bağlı ADNSU-nun tələbələrinə məlumat veriblər.

Tədbirin sonunda Karabük Universitetinin professorları tələbələri maraqlandıran sualları cavablandırıb.

Bənzər yazılar