AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan Mektebgushesi.az-a bildirilib ki, iclasda Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyevin “Peyk məlumatlarına əsasən Xəzər dənizinin səth sularında temperaturun tədqiqi” mövzusunda elmi işi müzakirə edilib. Məruzəçi Xəzər dənizinin səth sularında orta aylıq, mövsümi, illik və çoxillik temperatur paylanmalarının gedişatı, onları xarakterizə edən xəritələrin tərtib olunduğu haqqında məlumat verib. Çıxışda 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturunun 0,35ºC, ildə isə orta hesabla 0,023ºC artdığı qeyd edilib.

Sonra coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda keçirilmiş elmi-praktik konfrans haqqında məlumat verib.

Konfransın işi şura üzvləri tərəfindən müsbət qiymətləndirilib.

Bənzər yazılar