2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin kimya-texnologiya dərnəyinin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.

NKPİ-dən  Mektebgushesi.az -a bildirilib ki, əvvəlcə şagirdlər institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər. Vaqif Abbasov şagirdlərə elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, məktəblilərə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb. Akademik bildirib ki, elm və təhsilin inteqrasiyası yüksəkixtisaslı kadrların yetişməsinə imkan yaradır.

Sonra məktəblilər NKPİ-də akademik Yusif Məmmədəliyevin memorial muzeyi ilə tanış olublar. Muzeyin direktoru, professor Reyhan Əliyeva şagirdlərə görkəmli alimin həyatı və elmi fəaliyyəti barədə məlumat verib.

Bənzər yazılar