Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Artupa kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Ailə dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində rayonun Ərçivan qəsəbəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Artupa kənd məscidi dini icmasının sədri Ağadada Cavadov, qəsəbə ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

Çıxışlar zamanı cəmiyyətimizdə sağlam ailə modelinin qorunmasının vacibliyi vurğulanıb. Narkomaniya, erkən nikahlar və digər zərərli vərdişlərin ailə dəyərlərimiz üçün təhlükəli olduğu qeyd edilib. Gənclərimizin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının zəruriliyi ilə bağlı fikirlər diqqətə çatdırılıb.

Bənzər yazılar