Təhsil islahatları gənc təhsil işçisi və eyni zamanda Vətəndaş cəmiyyəti təmsilçisinin gözü ilə. Bu vacib aspektləri nəzərə alaraq təhsil işçisi və “Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi”nin sədr müavini Cavid Cəfərzadə ilə həmsöhbət olduq.

– Təhsil hüququna dövlət təminatı nədir və bu məsələ necə tənzimlənir?

– Bəli bütün sahələrə hüququ təminat verilir. O cümlədən Azərbaycan Respublikası Konstitutiyasının 42-ci maddəsi ilə təhsil hüququna da dövlət təminatı verilir. Dövlət dilindən, cinsindən, dinindən, sosial mənşəyindən, siyasi əqidəsindən, milliyətindən asılı olmayaraq hər kəsə təhsil almaq imkanı verir. İstər sağlam olsun, istərsə də sağlamlıq imkanları məhdud şəxslər olsun ki, onlara təhsil almaq imkanı tanıyır. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. Həmçinin xaricdə yaşayan soydaşlarımızın təhsili üçün dövlət müvafiq layihələr və proqramlar həyata keçirir. Sadə bir dillə izah etməyə çalışsaq, Müəllimlərin işə qəbulu qaydalarındakı son dəyişikliklə sağlamlıq imkanları məhdud şəxslərin imtahan verməsi üçün lazımı şəraitin yaradılması da hüquuqi təminatın bariz nümunəsidir. Təhsil sahəsində hüquqi təminat təhsil sahəsində qəbul olumuş normativ hüquqi sənədlərlə tənizmlənir. Vətəndaşların hüquq və vəzifələrinin müəyyən olunmasına, qorumasına imkanlar yaradır.

– Təhsil sahəsində aparılan islahatlar özünü necə büruzə verir?

– İlk öncə xüsusilə qeyd etmək lazımdır ki, əsası ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Tez-tez bu sualla rasatlaşıram. Bildiyiniz ki, 1999-cu ildən Azərbaycanda təhsil sahəsində islahat proqramı qəbul olundu. Bununla da biz beynəlxalq və ümumavropa təhsil sisteminə inteqrasiya etdik. Bu gün islahatların tətbiqi öz effektini verir. Sağlam düşüncəli, dövlətçiliyə sadiq, azərbaycançılıq məfkurəsinə bağlı, dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk edən bir şəxsiyyət formalaşdırır. Təbii ki, təkcə islahatları bununla bağlamaq heç də doğru deyildir. Son 5 ildə ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunur. Bir sıra əsaslı nailiyyətlər əldə edilmişdir. Bu islahatları bir neçə parametrə bölmək olar. Məsələn Müəllim peşəsi nüfuzunun artırılması, abituriyentlərin biliyinin qiymətləndirilməsində obyektivlik, müəssisələrin maddi-texniki bazası və infrastrukturunun təkmilləşdirilməsi və s. kimi parametrlərə bölmək olar. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Nəticədə isə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşmışdır. Bir təhsil işçisi kimi təhsil sahəsində aparılan islahatları müsbət dəyərləndirirəm.

– Ölkə başçısının təhsilə qayğısı təhsilə hansı yeniliyi gətirir?

– Əsası ulu öndər Heydər Əliyev tərəfindən reallaşdırılan təhsil islahatlarını bu gün cənab prezident İlham Əliyev və xanım Mehriban Əliyeva uğurla həyata keçirir. Bütün sahələrdə olduğu kimi cənab prezident təhsil sahəsinə daha çox diqqət edir. Təhsil sahəsinə diqqət və qayğı təhsildə yeniliyin formalaşmasına səbəb olur. Azərbaycanın dünya təhsil sisteminə inteqrasiya etdiyi bir zamanda diqqət və qayğı çox vacib bir amildir. Son 5 il ərzində 3500-dən çox təhsil müəssisəsinin tikilməsi və ya əsaslı təmiri təhsilə diqqət və qayğının nəticəsidir. Bu gün ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını formalaşdırmaqla Azərbaycanın beynəlxalq arenada rəqabət qabiliyyətini yüksəltmək əsas qayədir.

– Koronovirsula bağlı dövlət sahəsində çalışan şəxslər ödənişsiz məzuniyyətə çıxdı. Onların əmək haqqı sistemi necə tənzimlənəcək?

– Qayda belədir ki, Əmək Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq operativ şəkildə qarşısı alına bilməyən hallar olduqda işçilər məcburi ödənişsiz məzuniyyətə çıxmalıdır. Nəzərə almaq lazımdır ki, əmək məzuniyyəti ilə ödənişsiz məzuniyyəti qarışdırmaq olmaz. Əmək məzuniyyəti işçilərin sağlamlığının mühafizəsi və bərpası, sağlamlığının qorunması üçün verilən məzuniyyətdir. Əmək Məzuniyyəti, yaradıcılıq məzuniyyəti, sosial məzuniyyətdə ödəmələr mövcuddur. Bu günkü halı nəzərə alsaq işçilərə aylıq əmək haqqı ödəniləcəkdir. Məzuniyyət gününə görə heç bir ödəniş olmayacaqdır. Bu gün verilən ödənişsiz məzuniyyətin, əmək məzuniyyətinin verilməsinə qətiyyən təsir etmir.

– Son dövrlərdə mətbuatda, sosial şəbəkələrdə müəllim və onun nüfuzuna xələl gətirəcək fikirlər səsləndirlir, sizcə bunu cəmiyyətdə mənfi təsiri nə ola bilər?

– Təbii ki, bu gün müəllim nüfuzuna xələl gətirilən bütün işlər cəmiyyətin tənəzzülünə və süqutuna səbəbdir. Müəllim nüfuzunu düşünmək və qorumaq dövlətin əsas hədəflərindən biri olmalıdır. Bu gün müəllimə diqqət və qayğı siyasəti ölkə başçısından gəlir. Cənab prezident daim müəllimlərin sosial rifahının yaxşılaşması və həyat tərzinin normal olması üçün müvafiq tədbirlər görür və bu sahədə müvafiq tapşırıqlar verir. Sosial şəbəkələrdə isə müəllim adına xələl gətirən bir qrup şəxslərdir. Onların da bu sahədə aparmış olduqları qara piar heç bir zaman öz bəhrəsini verməyəcəkdir. Çünki ulu öndər xüsusi vurğulamışdır ki, “Mən müəllimdən yüksək ad tanımıram”. Düşünürəm ki, bu sualınıza lokonik cavab verməklə fikrimi ifadə edə bildim.

– Biz bu gün deyirik ki, şəxsə hərtərəfli bilik, bacarıq vərdiş verməliyik, sizcə bir təhsil işçisi olaraq buna nail ola bilirikmi?

– Baxın bu gün bizim əsas hədəfimiz şəxsə hərtərəfli bilik verməklə yanaşı ona bacarıq və vərdişləri aşılamaqdır. Çünki bilik, bacarıq və vərdiş şəxsiyyətin əsas parametridir. Bu vaxta qədər Azərbaycanda təhsil, hamı bunu çox yaxşı bilir ki, sovet təhsili idi, sovet ənənəsi idi. Yenilik, inkişaf və iqtisadiyyatın güclənməsi təbii ki, təhsilində güclənməsinə səbəb olacaqdır. Yeni bir islahat proqramı qəbul olunduqdan sonra biz şəxsə bilik verməklə kifayətlənmirik. Əsas hədəf biliyi, bacarığı, vərdişi şəxsdə formalaşdırmaq və şəxsiyyət yönlü vətəndaş formalaşdırmaqdır. Bu əsas qayə və əsas hədəfdir. Təbii ki, bu gün bu dəyəri həqiqətən tam şəkildə formalaşdırmaq və şəxsə bacarıq və vərdişi aşılamaq istəyiriksə layihə və proqramlarda dəyişiklik olmalıdır. Yeni konseptual sənədlər olmalıdır, təhsil sahəsində normativ hüquqi sənədlərin məzmun və forması yenidən işlənməli və beynəlxalq və ümumavropa prinsiplərinə uyğunlaşdırılmalıdır. Təbii ki, biz bu gün şəxsə bilik, bacarıq, vərdiş kimi dəyərləri aşılayırıq, bu aşılama milli və ümumbəşər dəyərlərə söykənməlidir.

– Bu gün Azərbaycan təhsili vətəndaşlara texnologiyanı çevik mənimsəməyə və əmək bazarında layiqli bir yer tutmağa hansı imkanları yaradır?

– Bu sual çox maraqlıdır və aktual bir məsələni özündə ehtiva edir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində informasiya kommunikasiya texnologiyaları tətbiq etməklə, təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Bu gün Azərbaycan təhsili vətəndaşlara böyük imkanlar verir, böyük imkanlar tanıyır. Beynəlxalq bazarda rəqabət qabiliyyətli mütəxəsis kadr olmaq imkanını tanıyır. İstər Azərbaycanda, istərsədə xaricdə yaşayan soydaşlarımıza layihə və prqramların tədbiqi də inkişafın nümunəsidir. 21-ci əsr İnformasiya dövrüdür, informasiya əsridir. Hər kəs informasiya axınında cevik istiqamət tapmaq bacarığına sahib olmalıdır. Bu dövlətin təhsilin məzmunua vermiş olduğu tələbdir.

– Təhsilverənlərin peşəkarlıq səviyyəsinin mütəmadi olaraq yüksəldilməsini təmin etmək üçün hansı tədbirlər görülməlidir?

– Cənab prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin oktyabrın 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib. Strategiyada göstərilir ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır. Son illərdə müəllimlərin əlavə təhsili sahəsində modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə alan yeni modelin tətbiqinə başlanmış, fəal interaktiv təlim texnologiyaları təcrübədən keçirilmişdir. Təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi, təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması, müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi, pedaqoji heyət üçün yeni modul – kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması kimi tədbirlər strategiyada nəzərdə tutulmuş yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasına əsas verir.

– Koronovirusla bağlı təhsil müəssisələrində aparılan dezinfeksiya isləri sizi qane edirmi?

– Açığı deyim ki, xeyr, heç də qane etmədi. Bununla bağlı Təhsil Nazirliyinə müraciət ünvanlayacağam. Bəzi rayonlarda SES-lər məktəblər arasında ayrı-seçkilik etdilər. Təmizliyə ciddi diqqət etmədilər. Bu sadəcə mənim müşahidəm və araşdırmam nəticəsində əldə etdiyim məlumatlardır. Bu proseslə əlaqədar olaraq ən azı bir məktəb 3 dəfə dezinfeksiya olmalıdır. Ayda bir dəfə məktəblər təmizlənməli və dezinfeksiya olunmalıdır.

Hər hansı orqanın müəyyən etdiyi qrant müsabiqələrində iştirak etmisinizmi?

– Bəli iştirak etmişəm. Artıq 7 ildir hər il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsində iştirak edirik. Müsabiqədə qalib oluruq. Bu il də qrant müsabiqəsində qalib olduq. Layihəmiz dini radikalizimlə mübarizə ilə bağlıdır.

Bənzər yazılar