“Məktəblərin ənənəvi qaydada davam etməsini istəyiriksə, qoyulan qaydalara əməl edilməlidir”.

Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Əgər hansısa ailədə kiminsə qızdırması varsa, şagirdin məktəbə gəlməməsinin tərəfdarıyıq.

Distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqlarını məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu seçim valideynlərin öhdəsinə buraxılır”, – nazir əlavə edib.(Report)

Bənzər yazılar