“Profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarına müvafiq olaraq Nazirlər Kabinetinin Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant formada təşkilinin təmin edilməsini nəzərdə tutan qərarı  xüsusi karantin rejimi üçün təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər baxımından düzgün və ən optimal variantdır.

 Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayevin də bildirdiyi kimi  2 həftəlik fasilədə əsas məqsəd vəziyyəti düzgün qiymətləndirmək ən optimal qərarlar verilmək idi. Ən optimal qərar tədrisin distant formada həyata keçirilməsidir.

Bu qərar heç də  təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasını inkar etmir. Yəni, distant təhsil heç də məqsəd deyil, vasitədir. Qərarda da göstərildiyi kimi bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.  Başqa sözlə, hələ ki, şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma ilə bağlı real variant budur.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarında da birmənalı şəkildə bildirilmişdir ki, məktəblərin fəaliyyəti ilə bağlı qərarların qəbulu zamanı əsas məsələ ondan ibarətdir ki, ümumi epidemioloji kontekstdə uşaqların və əməkdaşların sağlamlıqları üçün riskləri nəzərə alaraq bu müəssisələrin fəaliyyətini maksimum təhlükəsiz dərəcədə necə təşkil etmək olar. Sadəcə olaraq,  bu zaman məktəblərin təhlükəsiz fəaliyyəti üzrə variantlar məktəb şəraitində şəxsi gigiyena və sosial məsafə tədbirlərinə əməl etmək, eləcə də konkret şərtlər nəzərə alınmaqla digər tədbirlərin çevik və səmərəli tətbiqi də həyata keçirilə bilər.

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının  ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarı ilə əlaqədar  tədris və təlim-tərbiyə prosesinin distant  təşkili ilə bağlı Təhsil Nazirliyinin təşkil etdiy  brifinqdə  bu və digər məsələlərə kifayət qədər aydınlıq gətirib.  

Təkcə onu əlavə edə bilərəm ki, təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə distant təhsil, bu və sonrakı dövrdə gigiyenik tələblərin tətbiqi vəziyyəti, habelə məktəbdaxili və məktəbdənkənar  davranış qaydaları, şagirdlərin maarifləndirilməsi,  onların yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə bağlı yeni yanaşmalar barədə düşünülməli, tədris, təlim və tərbiyə prosesi ilə bilavasitə bağlı olan qabaqcıl müəllimlərin,  praktik rəhbər təhsil  işçilərinin konkret mülahizələri, rəy və təklifləri yeni şərait və yeni qaydalara uyğun işin təşkilinə öz səmərə və faydasını verə bilər.

Hər kəs tərəfindən bir mənalı şəkildə anlaşılan odur ki, bu gün başlıca vəzifə ərazilərimizin düşmən işğalından azad olunması və orada sosial və mədəni infrastrukturun yaradılmasıdır. Nazirin təbirincə desək, təhsil nailiyyətlərini, faydalılığını qiymətləndirmək sonrakı işdir. Ruh yüksəkliyimiz bu vəzifələri həyata keçirməyə yetər…

Bənzər yazılar