Azərbaycan əsgərinə salam!

Mən, Məmmədli Sevil Sadıq qızı, Faiq Əzməmmədov adına Şamaxı rayon Quşçu kənd orta məktəbinin şagirdiyəm. Oxuduğum məktəb birinci Qarabağ müharibəsində şəhid olmuş məktəbimizin məzunu, Faiq Əzməmmədovun adını daşıyır. Biz hər dəfə məktəbimizdə bayram günlərində keçirdiyimiz tədbirlərdə onun adını xüsusi xatırlayır və uca tuturuq. Ona dərs deyən müəllimlər bizə onun və məktəbimizin digər şəhid olmuş məzunlarının necə şagird olmasından, müharibədəki qəhramanlıqlarından danışırlar.

Əziz əsgər, mənim sizə yazdığım bu məktubu kim oxusa bilsin ki, sizin hamınız bizim üçün ən əziz insanlarsınız. Mənim qardaşım və əmim oğlu da əsgərdirlər. Bu məktubumu onlar da oxusa, qoy  bilsinlər ki, hamı əsgərlərdən, onların göstərdiyi şücayətlərdən, qəhrəmanlıqlardan  danışır. Mənim kiçik qardaşım birinci sinifdə oxuyur, arzusu  tez böyüyüb zabit olmaq və vətənimizi yağı düşməndən qorumaqdır.

Mən hər gün televiziya qarşısında əsgərlərimizin uğurlarına baxıb fərəhlənirəm. Bütün əsgərlərin evlərinə  salamat qayıtmaları üçün dualar edirəm.  

Allah bütün əsgərləri qorusun!

Qarabağ Azərbaycandır!

Bənzər yazılar