Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 12.07.2021-ci il tarixdə “Davamlı təhsil və təlim” şöbəsinin müdiri S.Hacıyevanın təşkilatçılığı ilə 2020-2021-ci tədris ili üçün yeni təhsil proqramları ilə bağlı Fənn birləşmə komissiyalarının sədrləri və müəllimləri ilə təlim keçirilmişdir.

Təlimdə ilk olaraq kollecin direktoru dos.İ.İsgəndərov çıxış edərək Azərbaycan Respublikası Təhsil Naziri E.Əmrullayevin “Orta ixtisas təhsili pilləsinin ixtisasları üzrə təhsil proqramlarının hazırlanması” 27.04.2021-ci il tarixli F-197 saylı əmri haqqında məlumat verdi.
Daha sonra metodistlər S.Həsənova və S.Qafarova müvafiq əmrə əsasən təhsil ixtisasları (“Məktəbəqədər təhsil, “İnklüziv təhsil” və “Ailə və ev təhsili” ixtisasları) üzrə işçi qrupunda hazırlanan təhsil proqramlarının lahiyə variantları, eləcə də həmin lahiyələrə uygün yeni sillabus nümünəsi haqqında çıxış edərək təlim iştirakçılarına geniş və dərin məzmunlu məlumat verərək, onları maarifləndirdilər. Təlimdə müəllimlər geniş müzakirələrə qoşuldular. Təlimin sonunda metodistlər müəllimlərin müvafiq suallarını cavablandırdılar.

Bənzər yazılar