18.10.2022-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 18 Oktyabr Milli Müstəqilliyin Bərpası günü qeyd olunub.

Kollecin Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova tədbiri açıq elan edib. Dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Sonra Aidə Əsədova çıxış edərək bildirib ki, ölkəmiz XX əsrdə iki dəfə Müstəqillik və özünün suveren dövlətini yaratmaq imkanı qazanıb.

Birinci Müstəqillik Xarici müdaxilələr, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən itirildi . 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti  cəmi 23 ay yaşadı.2-ci tarixi imkan isə bir də 70 il sonra yaşandı. Belə ki, Sovet imperiyasının dağılması Azərbaycan Xalqına öz Milli Müstəqliyyini bərpa etmək imkanı verdi. 1991-ci ilin 18 Oktyabrında  Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu .Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.  Bununla da Azərbaycan tarixində yeni dövrün başlanğıcı qoyuldu.Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olmaqla Beynəlxalq aləmdə tanınmağa başladı.Qeyd edək ki, oktyabrın 6-da Milli Məclisin Plenar iclasında Müstəqillik günü haqqında qanun layihəsi hazırlanıb, 28 May Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin bərpası günü bayram kimi qeyd olunur.

Sonra İqtisadiyyat müəllimi Elçin Məlikovun, Tarix müəllimi Sevinc Ələkbərovanın,Sevda Həsənovanın çıxışları maraqla qarşılandı.Sonda tələbələr Aysel Abbasova, Elminaz Gülməmmədova, Elmira İbrahimova şeirlər səsləndirdilər.

Məmmədov Əli və Mahmudov Elnurun hazırladıqları videoçarx nümayiş olundu.3-cü kurs tələbəsi Cəlal Məmmədli tədbirin fotolarını çəkdi.

Bənzər yazılar