18 yanvar 2023-cü il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə 20 Yanvar “Ümumxalq Hüzn Günü”-nün 33-cü ildönümünə həsr edilmiş “Şəhidlər bəşərilik yolunu işıqlandırır” adlı anım tədbiri keçirilib.

İlk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açıq elan edən ŞDİHK-nin direktoru Barxudar Barxudarov 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın azadlığı arzusu ilə mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs edib, 20 Yanvar hadisələrinin milli qəhrəmanlıq tariximizdə müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi qiymətləndirildiyini qeyd edib. Bildirilib ki, Qanlı Yanvar hadisələri Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərərək, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub.

Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yahyayeva çıxış edərək bildirib ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar qətliama məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib. F.Yahyayeva eyni zamanda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyini xatırladıb. Bildirib ki, xalqımız bu faciəni heç zaman unutmayacaq.

Daha sonra ŞDİHK-nin Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova və tarix müəllimi Xavər Əliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyinindən, xalqımızın bu faciəni heç zaman unutmayacağını bildiriblər.

Kollecin tələbələri Elmira ibrahimova, Aysu Qarayeva və Şəbnəm Həsənova 20 Yanvar faiəsinə həsr olunan şeirlər səsləndiriblər.

Tədbirin sonunda Qanlı 20 Yanvar hadisəsisənə həsr olunmuş sənədli filmə baxış keçirilib.

Bənzər yazılar