Aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Könüllüləri Təşkilatının (ADPU Könüllüləri) SABAH qrupları təşkilatının təşkilatçılığı ilə ADPU-da “Taxtasız düyanın əskik taxtası” adlı seminar keçirilib. Seminarın qonağı Bakı Mühəndislik Universitetinin (BMU) baş müəllimi və ADPU-nun SABAH qruplarının müəllimi Bəhman Qüdsi olub.

Bəhman Qüdsi tələblərlə  kreativlik, liderlik, gənclik və gələcək mövzuları ətrafında diskussiya aparıb. Seminar tələbələrin böyük marağına səbəb olub.

Seminarda 100-dən artıq ADPU tələbəsi, eyni zamanda da Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və tələbələri iştirak edib.

Bənzər yazılar