Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluşun banisi” adlı tədbir keçirilib.

BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, Bakı şəhəri 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban VəliyevaAzərbaycan Dövlət Pedaqoji Universitetin (ADPUrektoru Cəfər CəfərovSəbail Rayon İcra Hakimiyyəti (RİHbaşçısının muavini Kəmalə HaşımovaBakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanovYeni Azərbaycan Partiyasının (YAPSəbail Rayon Təşkilatının sədri Muxtar Nağıyevmillət vəkilləri Nigar ArpadaraiVüqar İsgəndərovBŞTİ-nin müvafiq struktur bölmə rəhbərləriictimaiyyət nümayəndələriməktəbin məzunları, valideynlərməktəb direktorları, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Alim Qasımov və Fərqanə Qasımovanın ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan xalqının dahi oğluqüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva müasir Azərbaycan dövlətinin memarı və qurucusuxalqının və dövlətinin inkişafı naminə misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin hər zaman fəxr edəcəyimizqürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olduğunu söyləyibUlu Öndərin ideyalarının Zəfər tariximizə işıq saldığını qeyd edən M.Vəliyeva bildirib kiişğaldan azad edilən torpaqlarımızda gedən böyük quruculuq işlərinə öz töhfələrini verən gənclik yetişdirmək işində Azərbaycan məktəblərininmüəllimlərin üzərinə böyük vəzifələr düşür.

Daha sonra Şuşa haqqında hazırlanmış “Ata vəsiyyəti” adlı videoçarx nümayiş olunub, şəhid övladlarının ifasında təqdim olunan “YaşaAzərbaycan” mahnısı.ifa edilib.

Çıxış edən Səbail RİH başçısının muavini Kəmalə HaşımovaADPUnun rektoru Cəfər Cəfərovmillət vəkilləri Nigar ArpadaraiVüqar İsgəndərovYAP Səbail Rayon Təşkilatının sədri Muxtar NağıyevXalq artisti Afaq Bəşirqızı, məktəbin məzunu, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rüfət Həmzəyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğulayıblar. Bakı şəhəri nömrəli tam orta məktəbin təqdim etdiyi  “Qurtuluşun banisi” adlı tədbir məktəblilərin Ümummilli Liderə olan sevgi və hörmətinin nümunəsi kimi dəyərləndirilib.

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbibədii kompozisiyalar nümayiş etdiriblər.

Bənzər yazılar